- Baxış sayı: 24
- 03 Noyabr 2026 10:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Çelsi”nin yetirməsi Meyson Mount “Mançester Yunayted”lə müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin iyun ayına qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.
Transfer 60 milyon funt-sterlinq (70 milyon avro) təşkil edib. O demək olar ki, bütün karyerasını İngiltərədə keçirib. 2017/18 mövsümündə icarə əsasında “Vites”də, 2018/19 mövsümündə isə “Derbi Kaunti”də çıxış edib.
Mount “zadəganlar”ın heyətində 195 oyuna çıxıb, 33 qol vurub və 37 məhsuldar ötürmə edib.