Mövsümün son Cıdır yarışında Qarabağ və “Dilboz” atları çaparları yanıltmayıb

Mövsümün son Cıdır yarışı keçirib. Allsport.az saytı xəbər verir ki, 3 ötüşmədən ibarət rəqabətdə 3 yaş ingilis atları 2000 metr məsafədə, 4 yaş ingilis atları 2400 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və “Dilboz” atları isə 2800 metr məsafədə qrup üzrə güclərini sınayıb.

3 yaş ingilis atlarının qaçışında Əliyev Azər “Prince” ləqəbli atla 3-cü yerin (2:13.434), Rüstəmov Yusif “Atilla” ləqəbli atla 2-ci yerin (2:13.072), jokey Nəzərov Hilal isə “Mavritaniya” ləqəbli atla 1-ci yerin (2:12.786) sahibi olublar.

4 yaş İngilis atlarının yarışında Azayev Səxavət “Royal Miraj” ləqəbli atla 3-cü (2:39.700), Tahirov Rauf “Şəfəqim” ləqəbli atla 2-ci (2:37.682), Əliyev Azər isə “Butsefal” ləqəbli atla isə 1-ci yeri (2:36.521) turub.

4 yaş və yuxarı Qarabağ və “Dilboz” atlarının qaçışında çapar Tahirov Rauf “Qaradağ” ləqəbli atla 3 -cü yerin (3:45.783), Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yerin (3:45.557), Nəzərov Hilal isə “Dağlar” ləqəbli atla 1-ci yerin (3:45.304) sahibi olmuşdur.

Həmin kateqoriyadan