“Napoli” Osimhen üçün 180 milyon istəyir

“Liverpul” “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanır.

Allsport.az xəbər verir ki, “Liverpul”, Osimhenin agenti Roberto Kalenda ilə əlaqə saxlayıb. Oyunçunun bu yay mümkün transferi ilə bağlı müzakirələr açıb. 

İngiltərə klubu bilir ki, “Napoli” hücumçu üçün təxminən 180 milyon avro istəyir.

Viktorla “Çelsi” və “Mançester Yunayted” də maraqlanır. 

Napoli uyğun təklif gözləyir və oyunçunun agenti ilə yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparır.

Osimhen ötən mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 39 oyuna 31 qol vurub və 4 məhsuldar ötürmə verib. 

Həmin kateqoriyadan