“Narıncılar” onu buraxmaq istəmir

“Atletiko Madrid”in hücumçusu Joao Feliks 2023/24 mövsümünün sonuna qədər icarə əsasında “Barselona”da çıxış edəcək.

Allsport.az xəbər verir ki, Kataloniya klubu portuqaliyalını paytaxt klubunun tələb etdiyi 80 milyon avroya ala bilmədiyindən forvardı daha bir mövsümə icarəyə götürmək niyyətindədir. Belə olan halda “Barselona” Feliksi 2025-ci ilin yayında 20 milyon avroya ala biləcək, çünki “Atletiko” həmin vaxt üçün tələb olunan məbləği xeyli azaltmağa razı olacağını bildirib.

Feliksin özü Madrid klubuna qayıtmaq istəmir.

Həmin kateqoriyadan