“Narıncılar” pul qazanmaq üçün əllərindən gələni edir…

“Barselona” maliyyə problemlərini yüngülləşdirmək üçün səylərini davam etdirərək, hər fürsətdən pul qazanmağa çalışır.

Allsport.az xəbər verir ki, bazar ertəsi səhər klubun onlayn mağazasında bir sıra yeni əşyalar əlavə olundu, o cümlədən 79,99 avroya futbol qapısı torları, 419,99 avroya çərçivəli qazon parçaları, 1000 avroya qızıl “Kamp Nou” boyunbağı və qızıl nişan – 699 avro.

Bununla belə, azarkeşləri ən çox təəcübləndirən almazlar olub. Yarım karatlıq almaz 2,5 min avroya satılıb, bir karatlıq almaz isə alıcıya 15 min avroya başa gəlib. Hər bir almaz “Kamp Nou” stadionunda otların karbonlaşmasından əldə edilən karbondan hazırlanıb.

Həmin kateqoriyadan