Nazir AOK-un prezidentini qəbul edib

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Avropa olimpiya komitəsinin (AOK) prezidenti Spiros Kapralosu və təşkilatın icraiyyə komitəsinin üzvü Həsən Əratı qəbul edib.

Allsport.az xəbər verir ki, qonaqları salamlayan nazir Qayıbov onu növbəti dəfə ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı Azərbaycanda Olimpiya Hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq lll Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.

Həmin kateqoriyadan