- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov Şirvan şəhərində, Yevlax, Naftalan, Bərdə, Tərtər, İmişli, Saatlı və Sabirabad rayonlarında olub. Allsport.az saytı xəbər verir ki, o, adı çəkilən rayonların olimpiya idman komplekslərinin şəraiti ilə tanış olun, bu idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılmasının, uşaq və gənclərin məşqlərə cəlb edilməsinin, idman qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.