“Neftçi” idman klubunun üzvləri ilin ilk yarısında 462 medal qazanıblar

İctimai birliyin təmsilçiləri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Allsport.az saytı xəbər verir ki, idmançılarımız ilin birinci yarısında qazandıqları medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar.

Ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla mübarizə apararaq 175-i qızıl, 130-u gümüş və 157-si bürünc olmaqla, ümumilikdə 462 medala sahib olublar. Dünya miqyaslı yarışlarında 10 (1 qızıl, 8 gümüş, 1 bürünc), III Avropa oyunlarında 2 (2 bürünc), qitə yarışlarında 60 (25 qızıl, 11 gümüş, 24 bürünc), beynəlxalq turnirlərdə isə 62 medal (23 qızıl, 15 gümüş, 24 bürünc) qazanıblar.

Respublika səviyyəli yarışlarda 148 dəfə fəxri kürsüyə qalxan (58 qızıl, 40 gümüş, 50 bürünc) klubun təmsilçiləri, paytaxt yarışlarında 56 (19 qızıl, 19 gümüş, 18 bürünc), digər yarışlarda isə 124 medala (49 qızıl, 37 gümüş, 38 bürünc) yiyələniblər.

Həmin kateqoriyadan