“Neftçi” ölkə çempionatının gümüş mükafatçısını “Əlincə Arena”da qəbul edəcək

Premyer Liqasının 2-ci turunda “Zirə”ni qəbul etməli olan “Neftçi”nin “8-ci km” qəsəbə stadionunda oynamaq istəməyib. Allsport.az xəbər saytı verir ki, buna səbəb arenanın ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Paytaxt klubu zirəliləri “Əlincə Arena”da qəbul etməyi planlaşdırır. Baxmayaraq ki, bu gün PFL sözügedən matçın hələ də 8-ci km stadionunda baş tutacağını açıqlayıb.

Amma böyük ehtimalla klubların burada oynamaq istəməməsi ilə PFL də razılaşacaq və matçın yeri dəyişdiriləcək. “Neftçi” – “Zirə” matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan