“Neftçi”nin sabiq baş məşqçisi: “Azərbaycanda, ümumiyyətlə qumar oynamamışam”

“Biz nöqtəni xəstəxanada qoymuşuq. Bütün çətinliklər həqiqətən keçmişdə qalıb”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. 2002-2006-cı illərdə “Zenit”lə Rusiya Premyer Liqasının gümüş medalını qazanmış Petrjela, 2007/08 mövsümündə “Neftçi”də çalışıb.

Hazırda işsiz olan 63 yaşlı mütəxəssis Rusiya mətbuatına verdiyi geniş müsahibəsində ölkəmizdə işlədiyi vaxtı xatırlamalı olub. Petrjelaya müalicə alması xatırladılınca, belə cavab verib: “Azərbaycanda, ümumiyyətlə qumar oynamamışam. Orda nə ruletka, nə də kazino vardı.

Evimdə isə pulum vardı. İşləmək istəmirdim, həyat yoldaşımla dalaşmışdım, evdən getmişdim, özümə yeni mənzil almışdım. Bu, çox çətin dövr idi… İndi isə hər şey qaydasındadır. Biz yeni gözəl kənd qurmuşuq. Yaxşı, sakit həyat başlayıb! Mən işləyirəm, xoşbəxtəm!”

Həmin kateqoriyadan