“Neftçi”nin Türkiyədəki rəqibləri bəlli oldu

“Neftçi”nin Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı barədə məlumat vermişdik. Allsport.az xəbər verir ki, yanvar 11-dən başlayacaq 14 günlük hazırlıq prosesi çərçivəsində “ağ-qaralar”ın keçirəcəyi yoxlama oyunlarının təqvimi məlum olub.

Qeyd edək ki, bütün yoxlama görüşləri “Mardan İdman Kompleksi”nin stadionunda baş tutacaq.

14.01.2015
“Neftçi” – “Hajer” (Səudiyyə Ərəbistanı)

17.01.2015
“Neftçi” – “Fulad” (İran)

20.01.2015
“Neftçi” – “Guizhou Rehne” (Çin)

21.12.2015
“Neftçi” – “Volın” (Lutsk, Ukrayna)

23.12.2015
“Neftçi” – “Dinamo” (Moskva, U-23, Rusiya)

Qeyd edək ki, təqvimdəki oyunlardan əlavə daha bir yoxlama görüşü nəzərdə tutulub. Ayın 23-də keçiriləcək həmin oyunda rəqibin kim olacağı qarşıdakı günlərdə bilinəcək.

Həmin kateqoriyadan