Hacı Nehrəmli: “Bir komanda uduzdurulacaqsa, burada idmanın inkişafından danışmaq olmaz”

Futzal üzrə ölkə çempionatında mübarizə aparan “Xəzər adaları”nın prezidenti İbrahim Nehrəmli 9-cu tur çərçivəsində “Neftçi”yə qarşı oyunu canlı izləyib. Allsport.az xəbər verir ki, komandasının 4:1 hesablı qələbəsiylə başa çatan görüşdən sonra o, “Futbol+”-ə açıqlamalar verib.

“Birincisi, bundan sonra da komandanın oyununu canlı izləməyə gələcəyəm. Çünki belədə daha da ruhlanırlar. Həm də görsünlər ki, mən arxalarındayam. İkincisi, bu ölkə idmanıdır. Biz hər zaman idmanın arxasında olmalıyıq ki, inkişaf etsin. Həm də qarşılaşmalarda neqativ hallar olur. İstədim gəlib hər şeyi öz gözlərimlə görüm. Əslində futbolun inkişafını istəyiriksə, neqativ halları aradan qaldırmalıyıq. Əks halda Azərbaycanda futbol inkişaf edə bilməz. Bir komanda digər komandaya uduzdurulacaqsa, burda idmanın inkişafından danışmaq olmaz. Düzdür, hazırda bəzi neqativ hallar var. Düşünürəm ki, bunun qarşısı alınacaq və ən azı sayı azalacaq. Artıq bu barədə rəhbər şəxslərlə söhbətimiz də olub”.

Həmin kateqoriyadan