“O, bizə çox kömək edəcək”

Allsport.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Toni Kros yayda Dortmund “Borussiya”sından 103 milyon avroya transfer olunan komanda yoldaşı Cud Bellingem haqda danışıb:

“Bellingem əla başlanğıc etdi, bu çox vacib idi. Mən də 2014-cü ildə yaxşı başlamışdım. Məncə Cud əla transferdir. Düşünürəm ki, o, bizə çox kömək edəcək. O, zirvəyə çatmaq üçün lazım olan hər şeyə malikdir. Düşünürəm ki, o, uğur qazanacaq, çünki 20 yaşında o, çox yetkin görünür”.

Həmin kateqoriyadan