- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 104
- May 05, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov, Salyan rayonuna səfəri çərçivəsində olimpiya idman kompleksinin mövcud vəziyyəti ilə tanış olub.
Allsport.az saytı xəbər verir ki, o, baxış zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib.
Həmçinin cüdo, üzgüçülük və futbol bölmələrinin fəaliyyəti ilə maraqlanıb, uşaqların məşqini izləyib, onlarla söhbət edib.