Oğuz Çətin: “Hücumçu və mərkəz müdafiəçisi gətirməklə daha yaxşı işlər görə bilərik”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunu qalib bitirməli idik. Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Düzdür, futbolçularım mübarizə apardılar, qol vurdular. Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq.

Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdır. Bu günə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Bütün bunlara baxmayaraq, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.

Həmin kateqoriyadan