Olimpiadanın rəmzləri məlumdur

Rio de Janeyroda 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotları ictimaiyyətə təqdim olunub. «Allsport.az» xəbər verir ki, onlardan biri pişik, o biri isə palma ağacı imicində təqdim olunub. Parlaq sarı rəngli pişik Braziliyanın heyvanlar, yaşıl rəngli palma isə bitkilər aləminin rəmzidir.

Təşkilatçılar belə hesab edirlər ki, maskotlar bir brend kimi onlara 398 milyon dollar gəlir gətirəcək. Hələlik bu qəhrəmanların adları məlum deyil. Braziliyada onu geniş ictimaiyyətin səsverməsi ilə seçəcəklər.

Həmin kateqoriyadan