Olimpiya növləri üzrə federasiyalarla görüş Qubada baş tutub. Bu 10 iclasda nə əldə olunub?

Sentyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 10-cu görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, yenidənqurmadan sonra yenicə istifadəyə verilmiş Quba olimpiya idman kompleksində baş tutan tədbirdə son 2 ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib. Ənənəyə uyğun olaraq, hər 2 aydan bir keçirilən görüş ilk dəfədir ki, paytaxtdan kənarda təşkil edilir.

Fərid Qayıbov qeyd edib ki, növbəti görüşlərin də digər olimpiya idman komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.

İclasın gündəliyinə əsasən, iyun-avqust ayları ərzində keçirilmiş beynəlxalq kütləvi yarışların hesabatı dinlənilib, lll Avropa oyunları, XVll Avropa gənclər yay olimpiya festivalı, Tələbələrin XXXl ümumdünya yay universiadası, ll MDB oyunları, Beynəlxalq universitet idman festivalında idmançılarımızın iştirakı və nəticələri müzakirə edilib.

Həmçinin idmançı, məşqçi və hakimlərin lisenziyalaşdırılması prosesi, qabiliyyət imtahanı, idman federasiyalarının sosial media hesabatı, tibbi təminat və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.

Həmin kateqoriyadan