Ölkə başçısı Krakov-2023-də fərqlənənlərə 900 000 manat ayırdı. Mükafatlar hissə-hissə ödəniləcək

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığında iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan gənclər və idman nazirliyinə 900 000 manat vəsait ayrılıb.

Qurum, idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməli, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Həmin kateqoriyadan