Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən idmançılarla görüş

Sentyabrın 29-unda Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Toplantı dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nazir “Azərbaycan respublikasının idman ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Cüdo, savat, atçılıq (polo), kikboksinq, kəmər güləşi, mas-reslinq, qazax güləşi, kişi idman gimnastikası, akrobatika, para-pauerliftinq, para-taekvondo, basketbol, karate, yunan-Roma güləşi, ağırlıqqaldırma, üzgüçülük, atletika, şahmat, sambo, stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Həmin kateqoriyadan