Onananın zədəsi nə yerdədir?

Qapıçı Andre Onana Kamerun millisi ilə oyunda bel nahiyəsindən xəsarət alıb.

Allsport.az xəbər verir ki, o, yaxın günlərdə tibbi müayinədən keçəcək. Eyni zamanda futbolçu ümid edir ki, komandasının “Everton”a qarşı növbəti matçında meydanda ola biləcək.

İngiltərə premyer liqasında “Everton” – “Mançester Yunayted” matçı bazar günü, noyabrın 26-da keçiriləcək. “Qırmızı şeytanlar” hazırda premyer liqanın turnir cədvəlində altıncı yerdədir.

Andre Onana cari mövsüm klubunun heyətində 18 oyun keçirib və 30 qol buraxıb.

Həmin kateqoriyadan