- Baxış sayı: 35
- 17 Avqust 2026 12:23
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli premyer liqasının növbəti turunda “Neftçi”yə qarşı keçirilən oyunla bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə rəqibi qələbə münasibətilə təbrik edib:
“Əvvəlcə “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı oyun göstərib qələbə qazanan zaman onları hər zaman təbrik etməyi özümə borc bilmişəm. Oyunçularıma da bu cür ağır oyunda göstərdikləri mübarizəyə görə təşəkkür düşür.
Künc zərbəsindən vurulan ilk qola qədər demək olar ki, “Neftçi” təhlükəli vəziyyət yarada bilmirdi. Həmin qolla rəqib sanki özünəinamını əldə etdi, biz onu itirdik. İkinci hissəyə dəyişikliklərlə başladıq. Oyunda geridönüş etməyə çalışırdıq. Bəlkə də oyunçu sayı bərabər olsaydı, buna nail ola bilərdik”.