Parabadmintonçular Şamaxıda

Parabadminton üzrə milli komanda Şamaxı şəhərində yerləşən olimpiya idman kompleksində təlim-məşq toplanışındadır.

Allsport.az xəbər verir ki, martın 10-dan 20-dək davam edəcək toplanışı 4-14 apreldə Serbiyada keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Məşqçilər Rəvan Niftəliyev və Kərim Musayevin rəhbərliyi altında keçirilən toplanışa İlkin Bağırzadə, Əli Məhərrəmov, Nicat Allahverdiyev, Turan Şahsubutov, Fərid Mayılov, Zəhra Salmanlı, Ayan Əliyeva, Nigar Mehdiyeva, Nərmin İsgəndərova, Minəbəyim Rəhmanzadə və Fatimə Muradova qatılıblar.

Həmin kateqoriyadan