“Penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Düşünürəm ki, bu gün meydançada yaxşı futbol gördüm. Mən “Qarabağ” barədə nəsə demək istəmirəm. Öz futbolçularım barədə danışarkən onu deyim ki, onlarla fəxr edirəm. Futbolçular meydanda əsl kişi kimi davrandılar. Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardır. Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi”.

Həmin kateqoriyadan