Poçettino qalır, ya gedir?

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilməyəcək.

Allsport.az xəbər verir ki, “mavilər”in sahibi Todd Boeli argentinalı mütəxəssisin işindən razıdır və onu qovmaq fikrində deyil. Amerikalı funksioner hesab edir ki, gənc futbolçular bir-biri daha çox oynadıqca “Çelsi”nin nəticələri yaxşılaşacaq.

Boeli, həmçinin qış transfer pəncərəsində hücumçunun imzalanmasının və zədədən sonra Kristofer Nkunkunun yenidən oyuna qayıtmasının London klubunun məhsuldarlığına müsbət təsir edəcəyinə əmindir.

Həmin kateqoriyadan