Poqba: “Heç kim 17 yaşında ölməyə layiq deyil”

Pol Poqba Fransada yeniyetmənin polisin açdığı atəş nəticəsində ölməsindən danışıb.

Allsport.az xəbər verir ki, avtomobili idarə edən 17 yaşlı Nel adlı oğlan yol patrulunun tələbini yerinə yetirməkdən boyun qaçırıb və dayanmayıb.Nəticədə polis onu vurub. Həkimlər onu həyata qaytarmağa çalışsalar da, yeniyetmə dünyasını dəyişib. Polis zabiti qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edilib. 

“Rahat yat Nael. Anama və ailəsinə başsağlığı verirəm.

Heç kim 17 yaşında ölməyə layiq deyil, daha çox itaət etməkdən imtina etdiyinə görə … Qoy ədalət yerini tapsın “- “Yuventus” və Fransanın yarımmüdafiəçisi sosial şəbəkədə yazdıb.

Həmin kateqoriyadan