- Baxış sayı: 26
- 03 Noyabr 2026 10:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Kristof Qaltye və onun futbol agenti olan oğlu Con Qaltye Nitsa polisi tərəfindən irqçilik ittihamı ilə saxlanılıb.
Cümə günü onlar irqi və dini ayrı-seçkiliyə görə dindirilməyə çağırılıb, nəzarətə götürülüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına 24 saat vaxt verilir, bu müddət ərzində Qaltye və oğlu azad oluna və ya ittiham oluna bilər.
Aprelin ortalarında Qaltyenin PSJ-də çalışarkən verdiyi açıqlamalarla bağlı qalmaqal yaranıb.
“Komandada bu qədər qaradərili və müsəlman ola bilməz” – məşqçinin bu sözlərə görə həbs oluna biləcəyi deyilir.