- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


Allsport.az xəbər verir ki, PSJ-nin prezidenti Naser Əl Xəlafi Mərakeşdə “Liverpul”un hücumçusu Məhəmməd Salahla görüşüb.
Paytaxt təmsilisi hazırda yay transfer pəncərəsi ilə bağlı planları üzərində işləyir və imkanlarından maksimum istifadə etmək istəyir.
Parislilər Manuel Uqarte və Marko Asensio ilə müqavilə imzalamağa yaxındırlar və həmçinin “Mançester Siti”nin futbolçusu Bernardo Silvaya da maraq göstərirlər.
31 yaşlı Salahın “Liverpul”la 2025-ci ilin iyununa qədər müqaviləsi var. Misirli ötən mövsüm “mersisaydlılar”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 30 qol vurub və 16 məhsuldar ötürmə edib.