“Qəbələ” Bakı toplanışına qələbə ilə başa vurdu

“Qəbələ” yeni mövsümə hazırlığın 1-ci mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Bakıda keçirilən təlim-məşq toplanışını 2 yoxlama matçı ilə yekunlaşdırıb.

Roman Qriqorçukun komandası 2 gün öncə olduğu kimi, yenə “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsinə fərqli heyətlə çıxıb. Matç “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Komandanın qollarına Filip Ozobiç, Vitali Vernidub və Ehtiram Şahverdiyev imza atıblar.

Paytaxtdakı toplanışı başa vuran “Qəbələ” yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Bu gün Tiflis toplanışına start verəcək “qırmızı-qaralar” iyunun 26-dək keçəcəyi hazırlıq prosesində 3 yoxlama matçında qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan