“Qəbələ” zəifləmiş “Bakı” ilə bacarmadı

Yeni mövsümünə hazırlığı davam etdirən “Qəbələ” klubu, paytaxtda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Birinci divizion təmsilçisi “Bakı” ilə görüşüb.

Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. Bölgə təmsilçisi oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun komandası U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı”nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan