- Baxış sayı: 37
- 22 İyun 2026 08:31
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib. Allsport.az xəbər verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin 6 və 7-ci turlardakı görüşlərinin vaxtını dəyişib.
Topaz Premyer Liqasının 6-cı turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. 7-ci turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.