Qadınlardan ibarət milli növbəti oyununu keçirir

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Allsport.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşacaq.

“Dalğa arena”da baş tutacaq qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki 5 oyunun hamısından məğlub ayrılıb. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzub.

DÇ-2023-ün seçmə mərhələsi
“E” qrupu

30 noyabr

18:00. Azərbaycan – Monteneqro
Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

Həmin kateqoriyadan