“Qarabağ” Ansi Aqollinin sayəsində UEFA-dan pul alacaq

UEFA Azərbaycan çempionu “Qarabağ”a müdafiəçisi Ansi Aqollinin Fransada təşkil olunan Avropa çempionatında iştirakına görə maliyyə vəsaiti ayıracaq. Allsport.az saytı xəbər verir ki, Albaniya millisinin üzvü qitə birinciliyindəki çıxışı ilə həm də Ağdam klubunun büdcəsinə də fayda vermiş olub.

Qitə futbol qurumu AÇ-də iştirak edən oyunçulara görə rekord sayda – 659 kluba maliyyə vəsaiti ödəyəcək. Bunun üçün 150 milyon avro ayrılıb. Həmin məbləğ bu komandalar arasında ayrılacaq. Bundan Azərbaycan çempionunun da büdcəsinə müəyyən məbləğ daxil olacaq.

Yaxın günlərdə UEFA AÇ-də iştirak edən futbolçularına görə qazanc əldə edən klubların tam siyahısını və dəqiq məbləği də açıqlayacaq.

Həmin kateqoriyadan