“Qarabağ” Bakıda yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və ötən gündən etibarən Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən “Qarabağ” daha yoxlama oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu ötən mövsüm Premyer Liqanın gümüş medallarını qazanan “Zirə” ilə qarşılaşacaq.

Oyun iyulun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək. Xatırladaq ki, “atlılar” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 12-də “Düdelanj”la qarşılaşacaq. Lüksemburq təmsilçisi ilə oyun da eyni vaxtda başlayacaq.

Həmin kateqoriyadan