“Qarabağ”, “Qəbələ” və “Kəpəz” mübarizəyə evdə, Neftçi səfərdə başlayacaq

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Kəpəz”in rəqibləri artıq bəllidir. Allsport.az saytı xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Lüksemburq “Düdelanj”ı ilə qarşılaşacaq. Ağdam klubu bu rəqiblə iyunun 12-də və ya 13-də Bakıda qarşılaşacaq. Cavab görüşü isə səfərdə keçiriləcək.

Avroliqadakı təmsilçilərimizə gəlincə, püşkün nəticəsinə əsasən “Kəpəz”, “Qəbələ” və “Neftçi” də ilk oyunu evdə keçirməli idi. Lakin UEFA sonradan bir oyunun yerini dəyişib. Belə ki, “Neftçi” Malta “Baltsan”ı ilə ilk oyunu səfərdə, cavab matçını isə evdə keçirəcək.

“Qəbələ” və “Kəpəz” isə müvafiq olaraq Gürcüstan “Samtrediya”sı və Moldova “Daçiya”sını öncə Bakıda qəbul edəcək, cavab görüşünü isə səfərdə keçirəcək. Avroliqada ilk oyunlar iyunun 30-da keçiriləcək.

Həmin kateqoriyadan