“Qarabağ” Rusiya Premyer Liqasının gümüş medalçısı ilə görüşəcək

“Qarabağ” Rusiya Premyer Liqasının gümüş medalçısı ilə görüşəcək

Azərbaycan çempionu “Qarabağ” hazırda istirahətdədir. Allsport.az saytı xəbər verir ki, yeni mövsümün hazırlıqları üçün iyunun 16-da toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq.

Son 2 ildə olduğu kimi, bu dəfə də Ağdam klubu Avstriya- Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Qarabağ” ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi “Vakker İnnsbruk”la hazırlıq keçəcəyi kompleksin meydançasında qarşılaşacaq.

Ağdam klubunun 2-ci hazırlıq qarşılaşması iyunun 28-də baş tutacaq. Komanda qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək “Rostov”la görüşəcək. “Qarabağ”ın son 2 hazırlıq qarşılaşaması 1 və 5 iyula planlaşdırılıb.

Həmin kateqoriyadan