Holland idman direktoru ölkəsində Ağdam klubundan danışdı

“Qarabağ”ın idman direktoru Con van Loen Avropa Liqasının pley-off mərhələsində qarşılaşdıqları “Tvente” ilə oyunla bağlı təəssüratlarını bölüşüb. Allsport.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan niderlandlı çalışdırıcı həmin oyunla bağlı bunları söyləyib:

“Qarabağ” xüsusi klubdu. Komanda oyunlarını Bakıda keçirir. Çünki Ağdam təmsilçisi öz şəhərindən 300 km uzaqdadır. Buna səbəb Ağdamın 1993-cü ildən etibarən işğal altında olmasıdır. Bakıdakı oyunu 25 min tamaşaçı 90 dəqiqə boyunca izlədi. Son illərdə Ağdam ətrafından Bakıya insanlar gəlirlər. Burada da Avropa futbolu insanlar arasında populyardır”.

Bundan əlavə Niderland millisinin sabiq futbolçusu Bakının inkişafından da söhbət açıb: “Bakını ikinci Dubay adlandırırlar. Bura meqapolisdir, çoxlu qədim tikililər var. Şəhər AÇ-2020-də çoxlu qonaq qəbul etməyə hazırlaşır. Bundan başqa digər əlamətdar hadisə odur ki, 2015-ci il Avropa oyunları burada keçiriləcək. Bakı həqiqətən gözəl şəhərdir”.

Həmin kateqoriyadan