- Baxış sayı: 54
- 06 Noyabr 2026 23:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ”ın və Albaniya millisinin müdafiəçisi Ansi Aqolli komandasının avrokubokların yeni mövsümündəki hədəflərindən danışıb. Allsport.az saytı xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Avropa çempionatından sonra “Qarabağ”ın düşərgəsinə qayıdacağam. Klubla daha bir illik müqaviləm var və gələcəyim bu komanda ilə bağlıdır. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır”.