- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 135
- Sentyabr 23, 2026
- 0

Premyer liqanının 5-ci turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən “Qarabağ”ın 2 futbolçusu Müarəm Müarəm və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
Allsport.az saytı xəbər verir ki, adı çəkilən oyunçuların zədəsi ciddi deyil və dünəndən etibarən komanda ilə məşqdə iştirak ediblər. Zədəli müdafiəçi Bədavi Hüseynov da fərdi çalışmaları yekunlaşdıraraq, əsas heyətə qoşulub.