Qurban Qurbanov: Hazırda komandada hər şey qaydasındadır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 2-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunu söyləyib:

“Hərdən məğlubiyyətə də hazır olmalıyıq. Hansısa uğursuzluğa baxmayaraq, gördüyümüz işi davam etdirmək lazımdır. Hazırda komandada hər şey qaydasındadır. Bu gün çempionatda ilk qələbəmizi qazandıq. Bizim üçün vacib qələbə idi.

Çətin qələbə oldu.  Amma bu qələbəyə görə futbolçularımı təbrik edirəm. Yorğun olsalar da, havanın isti olmasına, meydançanın vəziyyətinə baxmayaraq, qələbə qazandılar. Azarkeşlərimizə də minnətdaram”.

Həmin kateqoriyadan