Qvardiola: “Laporta titanik kimi batmamaq üçün səy göstərir”

Allsport.az xəbər verir ki, Xosep Qvardiola “Barselona”nın maliyyə vəziyyətindən danışıb.

“Əgər 3 transferə 400 milyon avro xərclədilərsə, deməli, bu nə “Mançester Siti”, nə də PSG üçün problem deyil. Bu, “Barselona” və ya daha əvvəl burada olan və bu vəziyyəti yaradan liderlərin problemidir.

Coan Laporta titanik kimi batmamaq üçün səy göstərir”, – deyə “Siti”nin baş məşqçisi bildirib.

Qvardiola qeyd edib ki, bu vəziyyətdən çıxmaq üçün kluba vaxt verilməlidir.

Həmin kateqoriyadan