Qvardiola və Laporta bazar günü Barselonada birlikdə nahar ediblər

Coan LaportaXosep Qvardiola Barselonada restoranların birində görüşüblər.

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi və kataloniya klubunun prezidenti, ailələri və dostları ilə birlikdə bazar günü birgə nahar ediblər. 

Laporta və Qvardiola ötən mövsüm “Siti” və “Barselona”nın uğurlarını qeyd ediblər.

Görüşdə azad agent kimi “Barselona”ya gedə biləcək İlkay Gündoğan və bu yay İngiltərə təmsilçisindən ayrılma ehtimalı olan Coao Kanselunun gələcəyi də müzakirə olunub.

Pep Qvardiola və “Mançester Siti”nin idman direktoru Ciki Beqiristan bazar ertəsi mətbuata danışacaq və klubun heyəti və transferləri ilə bağlı sualları cavablandıracaqdı. Pep də qolf turnirində iştirak edəcək.

Həmin kateqoriyadan