- Baxış sayı: 43
- 23 İyun 2026 15:47
- Baxış sayı: 70
- İyun 23, 2026
- 0

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Allsport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib. “B” liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.
“B” liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.