Radik İsayev komandamızı Nalçikdən medalsız dönməyə qoymadı

Xəbər verdiyimiz kimi, 25-29 martda Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə ilk dəfə olimpiya çəki dərəcələrində Avropa çempionatı keçirilmişdir. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 4 çəkidə 7 taekvondoçu təmsil olunub.

Baş məşqçisi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə çempionata qatılan idmançılarımızadan Radik İsayev (+80 kq) qızıl medal uğrunda həlledici döyüşdə, yerli Vladislav Larinə məğlub olaraq, gümüş medal qazanıb.

Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında ilk 3 yeri tutan taekvondoçular müvafiq olaraq 10, 6 və 3.6 xal toplayıb.

Həmin kateqoriyadan