“Real” hələ də onu heyətində istəyir

“Nyukasl”ın hücumçusu Aleksandr İsak, “Real”ın transfer siyahısında qalıb.

Allsport.az xəbər verir ki, “kral klubu” mərkəz hücumçu çatışmazlığı yaşayır və isveçlini hücum xəttini gücləndirmək üçün prioritet variantlardan biri hesab edir.

Bu mövsüm o24 yaşlı skandinaviyalı futbolçu premyer liqada 8 oyun keçirib və 6 qol vurub (biri penaltidən). Onun transfer qiyməti 70 milyon avrodur. Klubla müqaviləsi isə 2028-ci ilə qədər nəzərdə tutulub.

Həmin kateqoriyadan