“Real Madrid” Mbappe üçün 120 milyon avro təklif etməyə hazırdır

“Real” iyulda PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edə bilər.

Allsport.az xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı futbolçunu 200 milyon avro dəyərində qiymətləndirirlər.

Madrid klubu 120 milyon avro təklif etməyə hazırdır. Transferin iyulun 23-də açıqlanacağı bildirilir.

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və orada müqaviləni 2025-ci ilə qədər uzatmaq istəmədiyini bildirdiyi məlum olub.

Həmin kateqoriyadan