- Baxış sayı: 27
- 03 Noyabr 2026 10:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real Madrid”in müdafiəçisi Ferland Mendi yay transfer pəncərəsi zamanı klubu tərk edə bilər.
Allsport.az xəbər verir ki, klub bir həftədir, Mendinin aldığı təklifi müzakirə edir.
Müdafiəçi ilə hansı klubun maraqlandığı açıqlanmayıb.
“Real” 28 yaşlı fransızı satmaq fikrində deyil, lakin kluba yaxşı təklif gəlsə, ən azından nəzərə alınacaq.
Mendinin “kral” klubu ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Buraya 250 milyon avro olan satınalma dəyəri daxildir.