“Real Madrid” və PSJ razılığa gəlib

Kilian Mbappe tezliklə Real Madridə keçəcək.

Allsport.az xəbər verir ki, Madrid klubu hücumçunun transferi ilə bağlı PSJ ilə razılığa gəlib.

PSJ-nin sahibi Tamim ibin Hamad Əl Thani, “Real Madrid”in prezidenti Florentino Peres ilə danışıqlardan sonra oyunçunu satmağa razılaşıb.

Transferin ümumi məbləği 250 milyon avro olacaq. 200 milyon dərhal, qalan 50 milyon isə bonuslar şəklində ödənəcək.

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və orada müqaviləni 2025-ci ilə qədər uzatmaq istəmədiyini bildirdiyi məlum olub .

Həmin kateqoriyadan