“Ruhdan düşməməliyik”

“Ruhdan düşməməliyik”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub premyer liqanın 3-cü turunda “Zirə”yə qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını bildirib:

“Bu gün məğlub olduq. Ruhdan düşməməliyik. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq. Hələ çempionatın əvvəlidir, hər şey qarşıdadır. Təhlükəli epizodlarımız oldu, amma hücumları sonlandırmaq alınmadı. Həm də nəzərə alaq ki, 20 dəqiqədən çox müddətdə bir nəfər azlıqda oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Futbolçularımız sonadək səy göstərdilər. İlk hissəyə artırılan son dəqiqədə səhv etdik. Bəlkə də, o qolu buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı”.

Həmin kateqoriyadan