- Baxış sayı: 67
- 06 Noyabr 2026 14:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Split təmsilçisi doğma meydanda “Riyeka” ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açıblar. Ruslan görüşün 72-ci dəqiqəsində meydana çıxıb. Komandası isə 80 və 82-ci dəqiqələrdə buraxdığı qollarla meydanı məğlub tərk edib. Qurbanov 90+1-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Hayduk” hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.