Şəhriyar Rəhimov: Azarkeşlər bizim “12 oyunçu”muz hesab olunurlar

Premyer Liqasının yeni mövsümündə sabah “Kəpəz” ilk ev oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” şəhər stadionunda AzAL-ı qəbul edəcək. Gəncə klubunun futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlamasında azarkeşləri komandaya dəstək olmağa çağırıb:

“Əvvəlcə onu deyim ki, Gəncədə azarkeşlərimiz önündə oynamaq üçün çox darıxmışıq. Sonuncu dəfə evdə may ayında onların qarşısında çıxış etmişik. Çalışaçağıq ki, fanatlarımızı yenə qələbələrlə sevindirək. Xüsusən də AzAL-la matçda ilk qələbəmizi qazanmaq istəyirik. Çünki yeni mövsümdə doğma meydanda birinci oyunumuzdur.

Azarkeşlərə söz veririk ki, əlimizdən gələni edib qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq. Bu yolda onlar da bizə dəstək verməlidirlər. Azarkeşlər bizim “12 oyunçu”muz hesab olunurlar. İnanıram ki, ötən mövsüm necə yanımızda idilərsə, indi yenə bizə o cür dayaq olacaqlar”.

Həmin kateqoriyadan